250 milyon uşaq təhsil ala bilmir – UNESCO
Elm və Təhsil
19.06.2024 11:50
Dünyada təxminən 250 milyon azyaşlı təhsil ala bilmir.
TodayPress xəbər verir ki, bu barədə UNESCO məlumat yayıb.
Məlumata görə, təhsilin milyonlarla uşaq üçün əlçatmaz olması hər il azı on trilyon dollara qədər sosial geriləmə və böyük iqtisadi itkilərə səbəb olur.
Qeyd olunub ki, təhsilə qoyulan sərmayə həm konkret şəxslərə, həm iqtisadiyyatlara, cəmiyyətlərə ayrılan vəsaitlər baxımından ən yaxşı investisiyalardır.
BMT ekspertlərinin fikrincə, təhsil hüququ universal hüquqdur və ölkələr bu universal hüququn həyata keçirilməsinin uşaqlar üçün əlçatan olmasını təmin etmək üçün hər şeyi etməlidir.
Ekspertlər qeyd ediblər ki, hazırda az inkişaf etmiş ölkələrdə on yaşına qədər uşaqların 70 faizi oxuya və yaza bilmir.
Günəş Mərd
tag: UNESCO, Uşaq, Təhsil, BMT, Təhsil Hüququ, todaypress.az,