2024-cü ilin ən çox istifadə edilən sözləri hansılardır?

Elm və Təhsil

07.12.2024 18:50

Günümüzdə “Z nəsli” tərəfindən istifadə olunan elə sözlər var ki, onları həmin nəsildən başqa heç kim başa düşmür. 

TodayPress “Oksford”, “Kembric” və “Kollinz” kimi məşhur lüğətlərin 2024-ün ən populyar sözləri ilə bağlı araşdırmasını təqdim edir. 

Sosial mediada artan populyarlıqdan sonra “manifest” sözü “Kembric Lüğəti” tərəfindən “İlin Sözü” seçilib. Manifest əslində yeni söz deyil. Sifət olaraq “aydın görmək”, fel kimi isə “bir şeyi əlamət və ya hərəkətlə aydın göstərmək” mənasındadır. Lakin sosial media dövründə onun mənası bir qədər fərqlidir; istədiyiniz bir şeyin baş vermə ehtimalını artırmaq üçün onun reallığını xəyal etmək deməkdir. Həmin söz 2024-cü ildə “Kembric Lüğəti” saytında 130 min dəfə axtarılıb. 

“Beyin çürüməsi” isə “Oxford Universitet Lüğəti” tərəfindən ilin sözü seçilib. Bu, xüsusilə əhəmiyyətsiz, boş və mübahisə doğurmayan məzmunun həddindən artıq istehlakı nəticəsində insanın əqli və ya intellektual fəaliyyətinin pozulması kimi müəyyən edilir. Təxminən 37 min adamın səs verdiyi "beyin çürüməsi" sözü sosial medianın lazımsız və əyləncə məqsədli istifadəsini ifadə edir. 

“Kollinz” səlahiyyətliləri isə ingilis dilindəki "brat"ın 2024-cü ilin ən çox istifadə edilən sözü seçildiyini açıqladı. Sözün Azərbaycan dilindəki mənası “əski” olsa da “Z nəsli” onu “özünə inamlı, müstəqil və hedonist bir həyat tərzini” yaşayan insanlara aid edir. 

Töhfə Səməd

tag: Oxford, Söz ,Z nəsli, Azərbaycan dili ,todaypress.az,