1300-ə yaxın tələbə TTK-dən yararlandı

Elm və Təhsil

23.08.2024 15:44

2024-2025 tədris ilinin payız semestrində Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan TodayPress-ə verilən xəbərə görə, tələbə krediti üçün ümumilikdə 2 min 594 nəfər müraciət edilib.

Onlardan 1298 nəfərə kredit verilib. 325 nəfərə sosial, 973 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.

Məlumata görə, müraciətlərin 520-si natamam olub, 150 müraciətə isə imtina verilib.

tag: Təhsil, Tələbə Krediti, Payız Semestri, Müraciətlərin Statiskası, todaypress.az,