12 günlük tətildən sonra məktəblərdə ilk dərs günüdür

Elm və Təhsil

01.04.2025 10:52

1306

Bu gün beşgünlük tədris həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində bayram tətillərindən sonra ilk dərs günü başlayır. 

TodayPress xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə 26, 27 və 29 mart tarixləri iş günü hesab edildiyindən, həmin təhsil müəssisələrində dərslər davam edirdi. 

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar 20-26 mart, Ramazan bayramına görə isə martın 30-31-də qeyri-iş günü idi.   

Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilmişdi. 

Türkan İsgəndərli

tag: Məktəb,Elm,Təhsil,Azərbaycan,Todaypress.az,