Zurabişvilinin imtina etdiyi qanunu spiker imzaladı
Dünya
03.10.2024 13:10
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə LGBT-nin təbliğatını qadağan edən qanunu imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə məlumatı Papuaşvili öz feysbuk hesabında paylaşıb.
“Bu gün Salome Zarubaşvilinin imzalamaqdan imtina etdiyi “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayan şəxslərin mühafizəsinə dair” qanunu imzalayıram” deyə o, qeyd edib.
Spiker əlavə edib ki, sözügedən qanun sağlam düşüncəyə, tarixi təcrübəyə və əsrlərlə möhkəmlənən xristian, gürcü və Avropa dəyərlərinə əsaslanır.
Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən, prezident qanunu imzalamaqdan imtina edirsə və ona veto qoymursa, sənədi parlamentin spikeri imzalayır.
tag: Gürcüstan, Salome Zarubaşvili ,İmzalamaq ,LGBT ,Qanun ,todaypress.az,