Zurabişvili Trampa müraciət etdi
Dünya
27.01.2025 12:35
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili şəxsi əlaqələrindən istifadə edərək Ağ Evin prezidenti Donald Trampı ölkəni Rusiyadan qorumağa çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
Nəşr eyni zamanda qeyd edir ki, Cozef Baydenin əvvəlki administrasiyası protokola əməl etməyə üstünlük verib və faktiki olaraq Zurabişvilinin müraciətlərini bloklayıb.
Jurnalistlər müəyyən ediblər ki, Gürcüstanın keçmiş lideri Trampa Rusiyanın respublikadan “oyun meydançası” kimi istifadə etdiyini başa salmaq niyyətindədir. Zurabişvili izah edib ki, əgər Amerika prezidenti regiona maraq göstərməsə, o zaman ölkə Rusiya və Çinin təsir dairəsinə düşəcək.
Yanvarın 22-də Zurabişvili ABŞ-nin yeni prezidentinin andiçmə mərasiminə səfəri zamanı Tramp administrasiyasının nümayəndələri ilə söhbətinin detallarını açıqlayıb:
“Mənim Vaşinqtona əsas mesajım ondan ibarətdir ki, Gürcüstan bu gün amerikalı dostlarımızın diqqətinə həmişəkindən daha çox ehtiyac duyur”.
Töhfə Səməd
tag: Gürcüstan,Salome Zurabişvili ,Ağ Ev,Donald Tramp,Rusiya,todaypress.az,