Zurabişvili Tramp və Makronla müzakirəsini açıqladı
Dünya
08.12.2024 10:10
Gürcüstan prezidenti Salome Zurabişvili Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün Parisə səfəri zamanı ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makronla ölkədəki vəziyyətlə bağlı söhbət etdiyini bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
Həmçinin, onun sözlərinə görə, müzakirələrdə “Gürcüstan xalqına qarşı son dərəcə narahatedici məqamların olmasına” toxunulub.
“Görüşdə güclü ABŞ-yə ehtiyac olduğunu vurğuladı. Gürcü xalqının Donald Trampda dostluğu var” deyə Zurabişvili bildirib.
Günəş Mərd
tag: Gürcüstan,Fransa,Görüş,Zurabişvili,ABŞ,Todaypress.az,