Zurabişvili Serbiyanın baş nazirinin istefasını qiymətləndirdi
Dünya
29.01.2025 10:57
"Serbiyanın baş naziri Miloş Vuçeviçin istefası düzgün yol və nümunədir".
TodayPress xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Salome Zurabişvili "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Bu gün Serbiya bizə doğru yolu və nümunə göstərdi. Baş nazir iki aylıq etirazlardan sonra istefa verdi. Onlar ölkədə sülh və ictimai əhval-ruhiyyənin qayğısına qalırlar” deyə o yazıb.
Serbiyanın keçmiş baş naziri Miloş Vuçeviç yanvarın 28-də ölkədə tələbə etirazları fonunda istefa verib.
Töhfə Səməd
tag: Serbiya,Baş nazir,Zurabişvili,Dünya,todaypress.az,