Zurabişvili səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etməyəcəyini açıqladı
Dünya
13.12.2024 20:58
Gürcüstan prezidenti Salome Zurabişvili səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etməyəcək.
TodayPress Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Zurabişvili bunu brifinq zamanı deyib.
“Mən heç yerə getmirəm. Kimisə tərk etmək niyyətində deyiləm. Mən burada qalacağam” Zurabişvili vurğulayıb.
Gürcüstan parlamenti isə sürətləndirilmiş şəkildə “Xüsusi Dövlət Mühafizə Xidməti haqqında” qanuna dəyişiklikləri qəbul edib.
Bu dəyişikliklərə əsasən, prezidentlik müddəti başa çatdıqdan
sonra Salome Zurabişvilinin dövlət mühafizəsinə dair hüququ olmayacaq.
tag: Gürcüstan, Prezident, Zurabişvili, Tblisi, todaypress.az,