Zurabişvili olimpiyaçıları mükafatlandırmaqdan imtina etdi

Dünya

15.08.2024 19:15

2817

Gürcüstan prezidenti Salome Zurabişvili Paris Olimpiadasındakı qələbəsinə görə dövlət mükafatlarına layiq görülən gürcü olimpiyaçılarını mükafatlandırmaqdan imtina edib.   

TodayPress  xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Bildirilib ki, idmançılar sentyabrda təşkil ediləcək milli bayramdan sonra mükafatlandıracaqlar. 

Qeyd edək ki, bu gün Gürcüstan olimpiya komandasının medal qazananların Salome Zurabişvili tərəfindən mükafatlandırma mərasimi keçirilməli idi. 

Günəş Mərd

tag: Salome Zurabişvili, Gürcüstan, Prezident,Paris Olimpiada, İdmançılar, todaypress.az,