Zurabişvili məktəbliləri etiraz aksiyalarına çağırdı

Dünya

02.12.2024 18:19

“Gürcüstan məktəbləri etiraz etməlidir”. 

TodayPress xəbər verir ki, bu çağırışı Gürcüstanın prezidenti Salome Zurabişvili “X” sosial şəbəkəsindəki hesabından edib.

“Universitetlərdən sonra bütün Gürcüstanda baş verən etirazlarla həmrəy olduqlarını bildirmək növbəsi məktəblərə çatır” deyə o yazıb.

Dekabrın 2-nə olan məlumata görə, Gürcüstanda etiraz aksiyaları zamanı 200-dən çox adam saxlanılıb. Polis bildirib ki, 98 nəfərə qarşı qaldırılan işlərin materialları artıq məhkəməyə təqdim edilib.

Töhfə Səməd

tag: Zurabişvili ,Gürcüstan, Məhkəmə,Etiraz, todaypress.az,