Zurabişvili İvanişvili ilə görüşməyə hazır olduğunu bildirdi
Dünya
22.12.2024 15:12
Səlahiyyətləri gələn bazar günü başa çatacaq Gürcüstan prezidenti Salome Zurabişvili hakim Gürcü Arzusu partiyasının fəxri sədri və təsisçisi Bidzina İvanişvili ilə ölkədə yeni seçkilərin təyin edilməsini müzakirə etmək üçün görüşməyə hazır olduğunu bildirib.
TodayPress xəbər verir ki, o, bu barəsdə brifinqdə danışıb.
Qeyd edək ki, noyabrın 28-dən Tbilisidə hakimiyyətin ölkənin 2028-ci ilə qədər Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını gündəmdən çıxarmaq qərarı ilə bağlı etirazlar keçirilir.
Etirazçıların əsas tələbi ölkədə yeni seçkilərin keçirilməsidir. Onların tələbini prezident Zurabişvili, müxalifət siyasətçiləri və bəzi QHT-lər dəstəkləyir.
Günəş Mərd
tag: Gürcüstan,Salome Zurabişvili ,Bidzina İvanişvili,