Zurabişvili: “Gürcüstanın Aİ-yə üzv olması seçkilərdən asılıdır”

Dünya

06.08.2024 16:03

Gürcüstanın Avropa İttifaqına üzv olmaq perspektivləri oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq.

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.   

Onun sözlərinə görə, hazırda Gürcüstanın Aİ-yə inteqrasiya perspektivləri dayanıb.

“Aİ-yə üzvlük bütün cəmiyyətimizin işidir. Bu, tamamilə seçkilərdən asılıdır. Hamı bizi gözləyir. Proses dondurulub lakin dayandırılmayıb və nəzərdən keçirilir” deyə Zurabişvili qeyd edib.

O, Gürcüstanın Avropaya inteqrasiya yoluna qayıtmağa hazır olduğuna əmindir: 

“Biz Avropa ölkəsiyik. Biz bu nöqtəyə qədər uzun bir yol qət etmişik ki, bu da bizə yolumuza sürətlə qayıtmağı tələb etmək hüququ verir. Bu, seçicilərimizdən asılıdır” Zurabişvili yekunlaşdırıb.

Günəş Mərd

tag: Zurabuşvili, Avropa, Gürcüstan,Avropa İttifaqı,Salome Zurabişvili, todaypress.az,