Zurabişvili etiraz etdi: "Mən hələ də prezidentəm"
Dünya
10.01.2025 11:44
Salome Zurabişvili onu keçmiş prezident adlandıranlara qarşı etiraz edib.
TodayPress xəbər verir ki , o, bunu Hudson İnstitutunun Gürcüstan üzrə forumunun açılışı zamanı deyib.
O, çıxışı zamanı özünü yeganə legitim prezident adlandırıb. Bildirib ki, gürcü müxalifəti oktyabrın 26-da keçirilmiş seçkilərin nəticələrini, eləcə də Seçicilər Kollegiyası tərəfindən eks futbolçu Mixeil Kalevaşvilinin prezident seçilməsini tanımır.
Bundan əvvəl isə Salome Zurabişvili Gürcüstan prezidenti kimi səlahiyyətlərinin davam etdirildiyini bəyan edib.
O, qeyd edib ki, ölkə böhran vəziyyətindədir və bundan çıxmaq üçün yeni parlament seçkiləri keçirmək lazımdır.
Töhfə Səməd
tag: Gürcüstan ,Prezident ,Zurabişvili ,Vəziyyət ,todaypress.az,