Zurabaşvilinin impiçmenti yenidən müzakirə ediləcək
Dünya
07.10.2024 13:00
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Prezident Salome Zurabişviliyə qarşı yenidən impiçment proseduru başladacaq.
TodayPress xəbər verir ki, bu barədə parlamentin spikeri Şalva Papuaşvili keçirdiyi brifinqdə bildirib.
O, parlament çoxluğu olan “Gürcü Arzusu”nun ölkə prezidentinə qarşı impiçment prosedurunu yenidən başlatmaq qərarına gəldiyini, Zurabişvilinin yeni çağırış parlamentin ilk sessiyalarında azı 100 səslə impiçment ediləcəyini qeyd edib.
Papuaşvili Zurabişvilinin konstitusiyanı pozduğunu, lakin “radikal müxalifət” nümayəndələrinin dəstəyi ilə öz vəzifəsində qaldığını əlavə edib.
tag: Gürcüstan ,Hakim ,Gürcü Arzusu ,Prezident ,Salome Zurabişvili ,Parlament ,todaypress.az,