Zukerberqdən ciddi çağırış

Dünya

21.04.2025 11:34

5

"Meta" şirkətinin rəhbəri Mark Zukerberq, ABŞ Konqresini "Apple" və "Google"u internetdə uşaqları qorumaq üçün daha çox məsuliyyət daşımağa çağırıb.   

TodayPress xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. 

Onun fikrincə, bu şirkətlər alıcıların yaşını yoxlamaq və uşaqların sosial media proqramlarını yükləməsi üçün valideyn icazəsini tələb etmək üçün tədbirlər görməlidirlər. 

Nəşrin məlumatına görə, Zukerberqin nüfuzlu şəxslər üzərində təsiri var və bu, qanunvericiliyin "Apple" və "Google"a yönəlməsi ilə bağlı çox şey göstərə bilər. 

Türkan İsgəndərli

tag: Zukerberq,ABŞ,Apple,Google,Todaypress.az,