Zukerberq: “Hökumətin təzyiq siyasəti yanlış idi”
“Meta” şirkətinin Baş direktoru Mark Zukerberq etiraf edib ki, “Facebook” ABŞ səlahiyyətlilərinin tələbi ilə COVID-19 ilə bağlı məzmuna senzura tətbiq edib.
TodayPress xəbər verir ki, o, ABŞ Konqresinə göndərdiyi məktubda hökumətin təzyiqi altında şirkətinin verdiyi bəzi qərarlarından təəssüfləndiyini və artıq administrasiyaya güzəştə getmək istəmədiyini bildirib.
O, bu məktubu "Telegram"ın təsiscisi Pavel Durovun Fransada həbsi fonunda yazıb.
Zukerberq bildirib ki, 2021-ci ildə Bayden administrasiyasının yüksək vəzifəli məmurları “Meta”ya məzmun senzurası etmək üçün dəfələrlə təzyiq göstəriblər. O, məcburən buna boyun əydiklərini, lakin hökumətin bu təzyiqlərinin yalnış olduğunu deyib.
Töhfə Səməd
tag: Durov, Bayden, Həbs, Fransa, Müraciət, todaypress.az,