Zoopark fermasında xırdabuynuzlu heyvanların taun xəstəliyi aşkar edildi
Rumıniyanın Baya kəndində
zoopark fermasında xırdabuynuzlu heyvanların taun xəstəliyi aşkar edilib.
TodayPress xəbər verir
ki, bu barədə ölkənin Baytarlıq Sağlamlığı və Qida Təhlükəsizliyi üzrə Milli
Administrasiya məlumat yayıb.
Mövcud qanunvericiliyə görə,
yerli hakimiyyət orqanları zooparkın ərazisində bütün mal-qaranı dərhal kəsilərək
basdırılması barədə qərar verilib.
Virusun ətrafında mühafizə
zonası (3 km radius) və müşahidə zonası (10 km radius) yaradılıb, insanların,
heyvanların və nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq üçün tədbirlər
görülüb.
Tulça qraflığının bütün heyvandarlıq təsərrüfatları, qonşu əyalətlər, həmçinin Avropa Komissiyası və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı epidemiya barədə məlumatlandırılıb.
tag: Rumıniya, Zoopark, Baya, xırdabuynuzlu, todaypress.az,