"Zoom"a eyni anda 1 milyon iştirakçı qoşula biləcək
Dünya
20.08.2024 20:20
"Zoom" videokonfrans xidməti eyni vaxtda 1 milyon
iştirakçıya videokonfrans keçirməyə icazə verib.
TodayPress xəbər veriri ki, bu barədə şirkət məlumat
yayıb.
Bildirilib ki, tədbirlər zamanı daha interaktiv işlər
üçün saylar çoxalıb. "Zoom" yeni imkanın hələlik yalnız ABŞ-dan olan istifadəçilər
üçün əlçatan olacağını vurğulayıb.
Bir milyon nəfərə vebinarın qiyməti indiki məzənnə ilə
8,9 milyon rubl təşkil edəcək.
Şirkət qeyd edib ki, yeni imkan həm əyləncə sənayesində,
həm də siyasi sahədə kütləvi tamaşaların təşkilinə kömək edəcək.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında "Zoom" Rusiyada
115 milyon rubl cərimə olunub . Şirkət Rusiyada nümayəndəlik açmaqdan imtina
etdiyi üçün cərimələnib
Aytac Müşfiq
tag: ZOOM, Rusiya, Sosial şəbəkə,Şirkət,todaypress.az,