Zibil şarı Cənubi Koreya hökumətinin əmlakına düşdü
Dünya
20.09.2024 10:59
Şimali Koreyadan atılan zibil şarı Seuldakı Cənubi Koreya hökumətinin mülkünə düşüb.
TodayPress xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Şarın içində əsasən məişət zibilləri olub.
Obyektin düşdüyü yerə yanğınsöndürənlər, polis və hərbçilər gəlib. Təhlükəli maddələrin və ya çirkləndiricilərin olub-olmadığını yoxlamaq və dağıntıları toplamaq üçün ərazi mühasirəyə alınıb.
Şimali Koreyanın şarı Cənubi Koreyalı fəalların sərhəddən təbliğat vərəqələri göndərməsinə cavab olaraq göndərməsi güman edilir.
Qeyd edək ki, may ayının sonundan bəri Şimali Koreya Cənubi Koreyaya zibillə dolu minlərlə şar göndərib.
Günəş Mərd
tag: Cənubi Koreya ,Maddələr ,Şimali Koreya ,Zibil Şarı, Polis, todaypress.az,