Zəvvarları daşıyan avtobus qəzaya uğradı: 50 YARALI

Dünya

15.08.2024 14:44

1515

İranda Məşhəd-Şələmçə magistralında Ərbəin zəvvarlarını daşıyan avtobus qəzaya uğrayıb.

TodayPress xəbər  verir ki,  bu barədə “İRNA” məlumat yayıb. 

Qeyd olunub ki, Ərbəin zəvvarlarının olduğu avtobus yoldan çıxaraq təpəyə çırpılıb və nəticədə 47 nəfər yaralanıb. 

Qəzaya səbəb kimi sürücünün yuxusuz olması göstərilib.

Günəş Mərd

tag: İran, Məşhəd-Şələmçə, Ərbəin,Avtobus, Qəza, todaypress.az,