Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Zəngəzur dəhlizinin Türkiyədən keçən 224
kilometrlik hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlayacaq.
TodayPress “Anadolu”ya
istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri
Abdulkadir Uraloğlu İstanbul Texniki Universitetində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan da Zəngəzur dəhlizi ilə bağlı
işləri davam etdirir.
Nazir, həmçinin Orta dəhliz barədə danışıb: “Orta
dəhlizin əsas keçid nöqtəsi Türkiyədir. Bu dəhlizdə tarixən bir çox iş görülüb,
layihələr icra edilib. Biz indi bu dəhlizi daha da gücləndirmək istəyirik”.
tag: Zəngəzur, Azərbaycan, Türkiyə, Yol, Nəqliyyat, todaypress.a,