Zelenskiyə qarşı araşdırma aparılacaq
Dünya
12.12.2024 09:12
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən vəzifəyə təyin edilən Federal Təhlükəsizlik Xidmətinin gələcək direktoru Keş Patel vəzifəyə gəldikdən sonra Ukrayna prezidenti Volodimir Zelenskini araşdırmaq qərarına gəlib.
TodayPress xəbər verir ki, o, bu barədə “Kash's Corner” podkastında bildirib. Patel Kiyevin amerikalı vergi ödəyicilərinin pullarını hara xərclədiyini və Ukrayna liderinin Vaşinqtondan yeni yardım almaq üçün Qərbə təhlükəsizlik təhdidləri görüntüsü yaradıb-yaratmadığını öyrənmək niyyətindədir.
Patel vurğulayıb ki, baş verənlər Ukrayna liderinə tam etibar etməyə və ətraflı hesabat olmadan ona milyardlarla dollar köçürməyə imkan vermir.
Töhfə Səməd
tag: Ukrayna,Zelenski,Araşdırma,Kiyev,Todaypress.az,