Zelenskiyə iki yol təklif olundu
Ukrayna Rusiyaya qarşı müharibədə artıq məğlub olub və Kiyev bu reallığı qəbul edərək danışıqlara razılıq verməlidir.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin “19FortyFive” analitik portalında dərc olunan məqalədə bildirilir.
Nəşrin fikrincə, təhlükəli mərhələ artıq arxada qalıb və müharibənin nəticəsi aydındır:
“Ukrayna ya reallığı qəbul edərək diplomatik razılığa gələr, ya da bu reallığı inkar etməyə davam edib, tam hərbi məğlubiyyət riskini artırar”.
Məqalədə qeyd olunur ki, Ukrayna prezidenti Volodimir Zelenski üçün müharibənin Ukraynanın maraqlarına uyğun şəkildə bitməsi üçün siyasi manevr imkanları getdikcə daralır.
Qiymət Mahir
tag: Ukrayna ,Rusiya,Kiyev , Volodimir Zelenski ,todaypress.az,