Zelenskinin Trampla danışıqlarda mövqeyi məlum oldu

Dünya

10.12.2024 10:50

Parisdə Ukrayna prezidenti Volodimir Zelenski ilə Donald Tramp arasında danışıqlar zamanı Ukrayna lideri münaqişəni dayandırmaq üçün Vaşinqtondan Kiyevi NATO-ya dəvət etməyi tələb edib. 

TodayPress-in məlumatına görə, Zelenskinin ABŞ-nin yeni seçilmiş prezidenti ilə danışıqlardakı mövqeyi “Bloomberg” qəzetindəki xəbərdən məlum olub.

“Zelenski ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makronla danışıqlarda təhlükəsizlik təminatlarında israr edib. Zelenski deyib ki, Ukrayna atəşkəs danışıqlarına yalnız güclü mövqedən daxil ola bilər” deyə nəşr yazıb.

Qeyd olunur ki, Ukrayna lideri Qərb hərbçilərinin ölkəyə dəvət edilməsi ideyasını da dəstəklədiyini bildirib.

Bundan əvvəl Donald Tramp Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Onun sözlərinə görə, Zelenski Rusiya ilə sülh sazişi bağlamaq istəyir.

Töhfə Səməd

tag: Zelenski, Rusiya ,Saziş, Ukrayna, todaypress.az,