Zelenskinin təyyarəsi Türkiyəyə yola düşdü

Dünya

15.05.2025 11:51

8

Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi Türkiyəyə yola düşüb.

TodayPress xəbər verir ki, bunu "Telegram"da Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak yazıb.

“Prezidentin təyyarəsi Polşadan Türkiyə istiqamətində havaya qalxıb. Nəzəri cəhətdən o, səhər saat 12-də (Bakı vaxtı ilə - red.) Ankarada olacaq” deyə parlamentari diqqətə çatdırıb.

Töhfə Səməd

tag: Ukrayna ,Volodimir Zelenski,Türkiyə,Ali Rada,Yaroslav Jeleznyak ,todaypress.az,