“Zelenskinin planı Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq”
Dünya
23.09.2024 11:30
Amerikalı milyarder Devid Saks hesab edir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin münaqişəyə son qoymaq planı Üçüncü Dünya müharibəsinin başlamasına səbəb olacaq.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
"Zelenski ABŞ-yə özünün "qələbə planı"nı prezident Cozef Baydenə təqdim etmək üçün gəldi. Bu nə deməkdir? Bu, ilk növbədə Kiyevin NATO-ya daxil olması, ikinci növbədə isə uzaqmənzilli raket zərbələrinə təsdiqin verilməsi üçün danışıqların davam etməsi mənasına gəlir. Başqa sözlə, Üçüncü Dünya müharibəsi başladı deməkdir" deyə o, bildirib.
Saks qeyd edib ki, Amerika prezidenti Zelenskini belə bir planı həyata keçirməkdən imtina etməyə səsləməlidir.
Töhfə Səməd
tag: Zelenski ,Bayden ,Saks ,Amerika, Prezident, todaypress.az,