Zelenskinin ofisi səfərbərliklə bağlı iddialara cavab verdi

Dünya

05.12.2024 12:20

“Ukrayna hakimiyyəti 18 yaşlı gəncləri Ukrayna Silahlı Qüvvələrinə (AFU) səfərbər etməyi planlaşdırmır”. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin “X” sosial şəbəkəsində bildirib.

"Heç kim 18 yaşlı gəncləri səfərbərliyə hazırlamır" deyə o, bəyan edib.  

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Cozef Baydenin administrasiyası Ukraynanı Ukrayna Silahlı Qüvvələrində şəxsi heyətin sayını artırmaq üçün minimum səfərbərlik yaşının yeddi il azaltmasını təklif etmişdi.

Günəş Mərd

tag: Zelenski, Kommunikasiya,Cozef Bayden,Bəyan, todaypress.az,