“Zelenskinin nə demək istədiyi Kremlə hələ də məlum deyil”

Dünya

16.07.2024 12:38

“Volodimir Zelenskinin “ikinci sülh sammiti” ilə nə demək istədiyi Kremlə hələ də məlum deyil”. 

TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin “Ukrayna ilə bağlı növbəti sammitdə Rusiya Federasiyasının nümayəndələri də iştirak etməlidir” sözlərinə münasibət bildirərkən deyib.

“İlk sülh sammiti heç də sülh sammiti kimi deyildi, ona görə də Zelenskinin  nə demək istədiyini yəqin ki, əvvəlcə tam dərk edib, anlamaq lazımdır”. 

Xatırladaq ki, Ukrayna ilə bağlı konfrans rəsmi Kiyevin təşəbbüsü ilə iyunun 15-16-da Bürgenştokda keçirilib. Rusiya tərəfi Bürgenştokdakı sammitə dəvət edilməyib. Həmçinin BMT üzvlərinin əksəriyyətinin nümayəndə heyətləri də görüşdə iştirak etməyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, konfrans fiaskodan başqa bir şey olmayıb və bu cür toplantıların davamlı olması sülh üçün əsas ola bilməz. Onu da deyək ki, forumun yekun kommünikesini bir sıra dövlətlər imzalamayıb.

Töhfə Səməd

tag: Zelenski, Kreml, BMT, Rusiya, Zaxarova, todaypress.az,