Zelenskinin ciddi psixoloji narahatlığı var
Dünya
01.08.2024 10:05
“Ukrayna prezidenti Vladimir Zelenski dissosiativ şəxsiyyət pozuntusundan əziyyət çəkə bilər”.
TodayPress xəbər verir ki, bunu istintaq təcridxanasında olan Respublika Ali Radasının deputatı Aleksandr Dubinski deyib.
O, bildirib ki, dövlət başçısı gah Rusiya ilə sülhə hazır olduğunu deyir, gah da əksi addım atır.
“Görünür, bizim iki Zelenskimiz var. Birincisi deyir ki, o, atəşkəslə bağlı heç bir danışıqlar apara bilməz. İkincisi isə müharibəni noyabrda, ilin sonunda bitirməyi vəd edir” deyə parlamentari qeyd edib.
Töhfə Səməd
tag: Zelenski, Rusiya, Müharibə, Ukrayna, Ali Rada, todaypress.az,