Zelenskinin ABŞ-yə səfəri yekunlaşdı

Dünya

30.09.2024 09:41

Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ səfəri yekunlaşıb.  

TodayPress xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. 

Zelenski qeyd edib ki, səfərin ən böyük uğurlu nəticəsi Ukraynaya ikitərəfli dəstəyin davam etdirməsinə zəmanət  alması olub. 

Səfər çərçivəsində Ukrayna prezidenti ABŞ lideri  Cozef Bayden, vitse-prezident Kamala Harris və ABŞ-nin 45-ci prezidenti Donald Trampla görüşüb. 

O, uzaqmənzilli silahlardan istifadəyə icazə alıb-almadığını dəqiq açıqlamayıb. 

Bununla belə, o, ABŞ-dən müvafiq icazənin alınmasının vacibliyini vurğulayıb və Vaşinqtonun bu məsələdə digər ölkələrin siyasətinə təsirini qeyd edib.    

Günəş Mərd

tag: ABŞ, Zelenski ,Silahlar ,ABŞ ,Vaşinqton ,Bayden ,Harris, todaypress.az,