Zelenskindən sülh açıqlaması

Dünya

27.07.2024 15:33

Ukrayna 2024-cü ilin noyabr ayının sonuna kimi ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya ictimai televiziyasına (NHK) müsahibəsində bildirib.

O, administrasiyası və diplomatik komandası qarşısında belə vəzifə qoyduğunu vurğulayıb.

Zelenski Ukrayna ordusunun gücləndirilməsi, ilk növbədə ABŞ tərəfindən dəstək göstərilməsinin, eləcə də Rusiyaya qarşı beynəlxalq diplomatik təzyiqlərin münaqişəni ədalətli nəticəyə gətirəcək üç komponent olduğunu söyləyib.

tag: Zelenski, Sülh, Ukrayna, Yaponiya, ABŞ, todaypress.az,