Zelenski yenidən seçkilərdə iştirak etmək qərarına gəldi
Dünya
09.01.2025 01:23
Ukrayna
Prezidenti Volodimir Zelenski yenidən namizədliyini irəli sürmək qərarına
gəlib.
TodayPress
xəbər verir ki, bu barədə Ukraynanın “Teleqraf”
xəbər agentliyi məlumat yayıb.
Məlumat hələlik rəsmi olaraq təsdiq və ya təkzib edilməyib.
"İkinci müddətlə bağlı qərar qəbul edilib. 52% etimad səviyyəsi ilə Zelenskinin hələ də prezident seçkilərində qalib gəlmək şansı var" mənbə öz mənbələrinə istinadən yazıb.
Bununla belə, hazırda Zelenskinin əsas rəqibi olan keçmiş Ukrayna ordusunun rəisi Valeri Zalujni prezidentliyə namizədliyini irəli sürməsə, şansı var.
Zelenskinin prezidentlik səlahiyyəti 2024-cü il mayın 20-dən sonra başa çatıb.
Hərbi vəziyyət səbəbindən ölkədə parlament və prezident seçkiləri keçirilməyib.
Aynur TAC
tag: Zelenski, Prezident, Seçki, Parlament, Ukrayna, todaypress.az,