Zelenski vətən xainləri ilə bağlı fərman imzaladı

Dünya

22.11.2024 15:35

Ukrayna prezidenti Volodimir Zelenski vətən xainlərinin dövlət mükafatlarından məhrum edilməsi ilə bağlı fərman imzalayıb. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna lideri öz “Telegram” səhifəsində paylaşım edib. 

Onun sözlərinə görə, qəbul edilən sənədə əsasən, ilk siyahıda 34 nəfərin adı qeyd olunub: 

“Keçmiş bəzi dövlət məmurları, deputatlar, Ukrayna Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğunun rəhbərləri, prokurorlar, incəsənət xadimləri, Rusiyanın siyasi, din və mədəniyyət xadimləri mükafatlardan həmişəlik məhrumdurlar”.

Onlardan bəzilərinə qarşı 21 növ sanksiya tətbiq edilib. Onların aktivləri dondurulacaq, lisenziyaları və icazələri ləğv ediləcək.

Töhfə Səməd

tag: Ukrayna, Prezident, Zelenski, Lider, todaypress.az,