Zelenski vasitəçiliyə görə BƏƏ-yə təşəkkür etdi

Dünya

19.04.2025 20:39

26

Ukrayna lideri Volodimir Zelenski Birləşmiş Ərəb Əmirliklərinə ( BƏƏ ) Rusiya ilə məhbus mübadiləsinə vasitəçilik etdiyinə görə təşəkkür edib. 

TodayPress xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb.

“Xalqımızın bu qayıdışını mümkün edən hər kəsə təşəkkür edirəm. Vasitəçiliyinə görə BƏƏ-yə xüsusilə minnətdaram” o vurğulayıb.

Onun sözlərinə görə, münaqişə başlayandan bəri 4552 ukraynalı əsgər və mülki şəxs artıq Ukraynaya qayıdıb. Zelenski əmin edib ki, Kiyev hamını xatırlayır və əsirlikdə ola biləcək hər kəsi axtarır.

tag: Kiyev, Ukrayna, Zelenski, BƏƏ, Rusiya, todaypress.az,