Zelenski: Ukraynanın güclənməsi müharibənin sonunu yaxınlaşdırır
Dünya
19.12.2024 21:07
Ukraynanın güclənməsi və cəbhədə hərbçilərə
dəstək verilməsi müharibənin sonunu və bütün Avropa üçün ədalətli sülhü
yaxınlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna
Prezidenti Volodimir Zelenski Brüsseldə Çexiyanın Baş naziri Petr Fiala ilə
görüşü ilə bağlı "X"də yazıb.
Qeyd olunub ki, görüşdə Ukraynaya davamlı dəstək əsas
müzakirə mövzusu olub.
V.Zelenski bildirib ki, Ukrayna gələn ilin ikitərəfli
münasibətlər üçün mümkün qədər məhsuldar olmasına ümid edir.
"Bu gün biz strateji enerji obyektlərini qorumaq
üçün hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə xüsusi diqqət
yetirməklə, Ukraynanın cari müdafiə ehtiyaclarını müzakirə etdik" o əlavə
edib.
Qeyd edək ki, daha əvvəl ABŞ-də prezident seçkilərində
qalib gəlmiş Donald Tramp müharibənin dayandırılmasında müəyyən irəliləyişin
olduğunu bildirmişdi.
tag: Ukrayna, Zelenski, Prezident, Rusiya, todaypress.az,