Zelenski Ukraynanın "B" planını açıqladı

Dünya

19.10.2024 02:56

2218

Zelenski Ukraynanın “B” planını seçkilərdən sonra ABŞ siyasətində dəyişikliyi gözləmək adlandırıb.

 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.

 

Zelenski Ukraynanın “B” planını açıqlayıb və bildirib ki, Kiyev ölkədəki prezident seçkilərindən sonra ABŞ siyasətində dəyişiklik gözləmək niyyətindədir.

 

“Ukraynaya yardımın əsas donoru ABŞ-dır. Seçkilərdən sonra onların siyasəti dəyişərsə, bu dəyişikliklər B planıdır. ABŞ siyasətinin özü bu müharibənin inkişafına və ya bu müharibənin sonunun inkişafına təsir göstərəcək” o bildirib.

 

Bundan əvvəl ABŞ prezidenti Cozef Bayden bildirib ki, indi Qərb dövlətləri Ukraynanın Rusiyaya dərindən zərbələr endirməsi və Zelenskinin bir neçə aydır tələb etdiyi uzaqmənzilli silahlar məsələsində konsensusa malik deyil. Kiyevi belə silahlarla təmin etmək ideyası Slovakiyanın baş naziri Robert Fiko tərəfindən tənqid edilib.


Aynur  TAC

tag: Zelenski, Ukrayna, Rusiya, Slovakiya, Bayden, ABŞ, todaypress.az,