Zelenski Ukraynanın 2025-ci il üçün hədəflərini açıqladı

Dünya

10.01.2025 19:30

“Kiyev Vaşinqtondan təhlükəsizlik zəmanəti almağa və 2025-ci ildə Rusiya ilə münaqişəyə son qoymağa çalışır”. 

TodayPress xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İtaliyanın “Ranews 24” telekanalına müsahibəsində bildirib.

“Məqsədimiz bu il təhlükəsizlik zəmanəti əldə etmək və eyni müddətdə müharibəni bitirməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik. Sülh bizim üçün çox vacibdir, lakin danışıqlar masasına oturmazdan əvvəl Ukrayna və Avropa üçün ciddi təhlükəsizlik təminatları yaratmaq lazımdır” deyə Zelenski qeyd edib.

Zelenski həmçinin vurğulayıb ki, ABŞ Rusiyaya təzyiq göstərməli, Ukrayna və Avropaya təhlükəsizlik zəmanəti verməlidir.

Töhfə Səməd

tag: ABŞ, Ukrayna ,Sülh ,Zelenski ,todaypress.az,