“Zelenski Ukraynanı fəlakətə sürüklədi”
Dünya
30.07.2024 18:00
“Rusiyanın ərazilərinə hücum etmək üçün Ukraynaya Qərb raketləri və təyyarələrinin tədarükü ölkənin vəziyyətini daha da pisləşdirəcək”.
TodayPress xəbər verir ki, bu sözləri Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri, politoloq Oleq Soskin deyib.
“Zelenski gözləyir ki, indi təyyarələr göndəriləcək, raketlər hazırlanacaq və o, zərbə vura biləcək. Lakin Putin elə zərbələr endirəcək ki, bütün bu hazırlıqlar mənasız olacaq”.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski döyüş əməliyyatları aparmaqda səriştəsizdir.
Soskin Zelenskinin Ukraynanı maliyyə və iqtisadi fəlakətə sürüklədiyini bildirib. Onun sözlərinə görə, hazırkı hökumətin hakimiyyətdə olduğu dövrdə Ukraynanın borcu təxminən iki dəfə artıb. Ukraynanın yaxın tarixdə defolt olacağı gözlənilir.
Töhfə Səməd
tag: Zelenski, Ukrayna, Ali Baş Komandan,Aleksandr Sırski,Raketlər, todaypress.az,