Zelenski: “Ukraynalılar Trampa inanır və ümid edirlər”
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ukraynalılar ABŞ-nin seçilmiş prezidenti Donald Tramp və onun administrasiyasına güvənirlər.
TodayPress xəbər verir ki, o, bu barədə “CBN” telekanalına müsahibəsində danışıb.
“Bu gün insanların ABŞ-nin yeni administrasiyasına, yeni prezidentə belə ümidləri var və insanlar onun dediklərinə inanırlar” deyə Zelenski bildirib.
O, Trampın münaqişəni 24 saat ərzində həll etmək niyyətini yüksək qiymətləndirir.
Töhfə Səməd
tag: Zelenski, ABŞ, Ukrayna, Tramp, todaypress.az,