Zelenski: Ukrayna yanvarda ABŞ-nin sülh planını gözləyir
Dünya
24.11.2024 02:00
Ukrayna 2025-ci ilin yanvarında ABŞ-nin
seçilmiş prezidenti Donald Trampdan sülh planı almağı gözləyir.
TodayPress Ukrayna KİV-ə istinadən xəbər verir
ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin təşviq etdiyi
"Grain from Ukraine" (Ukraynadan taxıl) proqramına həsr olunmuş
görüşdə bildirib.
"Mən ABŞ-nin yeni prezidentinin təkliflərini görmək
istəyirəm. Düşünürəm ki, təklifləri artıq yanvarda görəcəyik və bu, müharibəni
bitirmək planımız olacaq" Ukrayna lideri deyib.
Zelenski, həmçinin vurğulayıb ki, Trampla görüşü onun
andiçmə mərasimindən sonra baş verəcək.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi 2025-ci il
yanvarın 20-də keçiriləcək. Tramp dəfələrlə Rusiya-Ukrayna müharibəsini mümkün
qədər tez dayandırmaq niyyətində olduğunu bəyan edib.
tag: Zelenski, Tramp, Ukrayna, ABŞ, todaypress.az,