Zelenski Ukrayna Silahlı Qüvvələrində güc çatışmazlığından şikayətləndi
Dünya
02.12.2024 09:38
Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrində güc çatışmazlığından şikayətlənib və tərəfdaşlarından Ukraynaya yardımı genişləndirməyi tələb edib.
TodayPress xəbər verir ki, Zelenski Yaponiyanın “Kyodo” agentliyinə müsahibə verib.
“Qoşunlarımızın Krımı və digər əraziləri qaytarmaq üçün kifayət qədər gücü yoxdur. Bu faktdır. Diplomatik həll yolu axtarmaq lazımdır” deyə o bildirib.
KİV-in məlumatına görə, Zelenski açıq şəkildə bildirib ki, Rusiya ordusu Ukraynanın şərqində irəliləyir və cəbhədə vəziyyət Kiyev üçün ağırdır. O, həmçinin şərt qoyub ki, Ukrayna Rusiyanı cilovlaya bilmək üçün yalnız kifayət qədər güclənəndə diplomatik vasitələr haqqında düşünə biləcək.
Bundan başqa, Qərbdən çoxmilyardlıq hərbi yardım alan Volodimir Zelenski müsahibəsində tərəfdaşların dəstəyinin yetərli olmamasından şikayətlənərək, onun artırılmasını tələb edib.
Töhfə Səməd
tag: Krım, Rusiya, Ukraniya,Qərb, Qərb,todaypress,