Zelenski: “Ukrayna NATO-ya üzvlük üçün lazım olan hər şeyi edəcək”
Dünya
03.10.2024 18:35
Ukrayna diqqətini NATO-ya dəvət məsələsinə yönəldib.
TodayPress “UNIAN” agentliyinə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Volodimir Zelenski alyansın yeni Baş katibi Mark Rutte ilə görüşü zamanı bildirib.
Ukrayna rəhbərinin sözlərinə görə, NATO-ya dəvət çətin addımdır. Ölkə rəhbərliyi bu istiqamətdə nəticə əldə etmək üçün lazım olan hər şeyi edəcək.
Zelenski əlavə edib ki, Ukrayna üçün digər prioritet məsələ Amerika silahlarının tədarüküdür. Söhbət “Patriot” və “SAMP-T” hava hücumundan müdafiə sistemlərindən gedir.
Günəş Mərd
tag: Ukrayna ,NATO ,Mark Rutte ,Patriot ,Hava Hücumu ,todaypress.az,