Zelenski: “Ukrayna NATO-ya üzv olmaq üçün ərazi verməyəcək”

Dünya

22.10.2024 18:35

“Ukrayna yalnız 1991-ci il sərhədləri daxilində NATO-ya dəvət almaq istəyir və Rusiyanın xeyrinə ərazi vermək müqabilində alyansa üzvlükdən imtina edir”.  

TodayPress xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenski bunu “Telegram” kanalında yazıb. 

Onun sözlərinə görə, NATO Ukraynanın 1991-ci il sərhədləri olan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində alyansa qoşulmağa dəvət edir. Zelenski üçün bu, prinsipial məsələdir.   

O əlavə edib ki, Qərb liderləri bu məsələni onunla birbaşa müzakirə etməyiblər.   

Günəş Mərd

tag: Ukrayna, Zelenski, NATO, Qərb, Liderlər, todaypress.az,