Zelenski: Ukrayna Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar hazırlayır
Dünya
05.12.2024 03:44
Prezident Volodimir
Zelenski Ukraynanın Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar hazırladığını
deyib.
TodayPress xəbər verir ki, Zelenski bunu xalqa müraciəti zamanı bildirib.
O, həmçinin, Gürcüstan hakimiyyətinin
bu gün Gürcüstanın yox, Moskvanın xeyrinə işlədiyini deyib.
“Biz hüquqi cavabımızı hazırlayırıq,
avropalılarla və digər tərəfdaşlarla konkret hərəkətlər üzərində işləyirik. Mən
müvafiq sanksiya qərarlarını hazırlamağı tapşırmışam” deyə o bildirib.
tag: Zelenski,Ukrayna, Gürcüstan, Prezident, Sanksiya, todaypress.az,