Zelenski: "Ukrayna danışıqlara hazırdır, amma..."

Dünya

11.05.2025 13:00

13

"Ukrayna Rusiya ilə danışıqlara hazırdır, amma Moskva mayın 12-dən atəşkəsi təsdiqləməlidir".

TodayPress xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında Rusiya prezidenti Vladimir Putinin İstanbulda birbaşa danışıqlar təklifinə cavab olaraq bildirib.

O, rusların müharibəni bitirmək barədə düşünmələrini “yaxşı əlamət” adlandırıb. Eyni zamanda, Zelenski qeyd edib ki, istənilən müharibəyə son qoyulması üçün ilk addım atəşkəsdir.

tag: Ukrayna ,Rusiya ,Volodimir Zelensk,Vladimir Putin,todaypress.az,