Zelenski: Ukrayna BMT TŞ-nin fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edir

Dünya

08.07.2024 18:00

“Ukrayna Rusiya Silahlı Qüvvələrinin bugünkü raket hücumu, o cümlədən Kiyevdəki “Oxmatdet” uşaq xəstəxanasına hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclasının keçirilməsini istəyir”.

TodayPress “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik sazişinin imzalanmasından sonra Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransı zamanı deyib.

Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələrinin (SQ) Ukrayna ərazisinə kütləvi hücumu nəticəsində 20 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

Töhfə Səməd

tag: Ukrayna, Rusiya, Zelenski, Saziş, Hücum, todaypress.az,