Zelenski: Ukrayna Azərbaycandan qaz tranzitinə hazırdır
Dünya
25.01.2025 21:09
Ukrayna Azərbaycandan
təbii qazın Avropaya tranzitinə hazırdır və razılıq əldə olunarsa, müqavilə
tezliklə imzalana bilər.
TodayPress xəbər verir ki, bunu
Ukrayna Prezidenti Volodimir Zelenski Maya Sandu ilə birgə mətbuat konfransında
deyib.
“Biz Azərbaycan qazının
tranziti üçün infrastrukturumuzdan istifadə edə bilərik” deyə Zelenski
vurğulayıb.
O bildirib ki, əgər
siyasi iradə varsa, müqavilə tez bir zamanda imzalana bilər.
tag: Ukrayna, Zelenksi, Azərbaycan, Qaz, Tranzit,Avropa,todaypress.az,