Zelenski Türkiyədədir
Ukrayna prezidenti Volodimir Zelenski Türkiyənin paytaxtı Ankaraya gedib.
TodayPress xəbər verir ki, bu barədə "Public. News" məlumat yayıb.
Bildirilir ki. o, burada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.
Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, bu görüşdən sonra Ukrayna nümayəndə heyətinin gələcək addımları barədə daha çox məlumat veriləcək.
Hələlik isə Ukrayna tərəfi İstanbulda Rusiya nümayəndə heyəti ilə kimlərin danışıqlar aparacağı barədə heç bir açıqlama verməyib.
Türkan İsgəndərli
tag: Ukrayna,Zelenski,Türkiyə,Rusiya,todaypress.az,