Zelenski Trampla görüşə bilmədi
Dünya
24.09.2024 16:52
Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizədi Donald Trampla görüşmək niyyətinə baxmayaraq, bu baş tutmayıb.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Keçmiş Amerika liderinin yaxınlarının açıqlamalarına görə, görüşmək istəyi qarşılıqlı olsa da, Ukrayna liderinin ABŞ-yə səfəri zamanı mümkün görüş üçün heç bir tarix təyin olunmayıb.
Qeyd edək ki, Zelenski daha əvvəl Donald Tramp və ABŞ-nin vitse-prezidenti Kamala Harrislə görüşlərə hazır olduqlarını açıqlamışdı.
Günəş Mərd
tag: Ukrayna ,Zelenski, ABŞ, Tramp, Səfər, todaypress.az,